Sekslə bağlı təxəyyülü içinə alan bənzətmələrdən biri İsa
Məsihlə kilisə arasındakı münasibətlərin İncildəki təsvirində işlədilir.
Ümumiyyətlə, Bibliyada qeyri-cinsi münasibətləri, hadisələri və s.
anlatmaq üçün istifadə edilən cinsi münasibət/seks metaforu,
bənzətməsi bir qayda kimi açıq, birbaşa yox, dolayı verilir.
Başqa sözlə, seksual münasibətlərin motiv kimi əsasında durduğu
bütün bənzətmələrdə seksual münasibəti də içinə alan başqa bir
sosial institutdan, ənənədən, davranış və ilişkidən söhbət gedir.
Davamı...